Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İlin əvvəlindən 177 ölkə ilə ticarət edilib: İxracda Avropa İttifaqı ölkələri əsas paya malikdir

110

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard 589.5 milyon dollar təşkil edib.

Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin 23 milyard 401.2 milyon dolları ixracın, 21 milyard 188.3 milyon dolları isə idxalın payına düşüb. Nəticədə xarici ticarət saldosu müsbət olaraq 2 milyard 212.9 milyon dollar səviyyəsində formalaşıb. İxracın ümumi dövriyyədə xüsusi çəkisi 52.48 faiz, idxalın payı isə 47.52 faiz olub.

Hesabat dövründə Azərbaycan 177 xarici ölkə ilə ticarət əlaqələri həyata keçirib. Xarici ticarət iştirakçılarının ümumi sayı 67 min 355 nəfər olub ki, onların 56 min 264-ü fiziki, 11 min 91-i hüquqi şəxslərdir. Hüquqi şəxslər arasında dövlət sektoruna 187, özəl sektora isə 10 min 904 iştirakçı aid edilib.

2025-ci ilin 11 ayında idxal olunan malların çeşidlərinin sayı 7 min 654 olub. İdxalda özəl sektorun payı 12 milyard 372.7 milyon dollar (58.39 faiz), dövlət sektorunun payı 6 milyard 865.8 milyon dollar (32.41 faiz), fiziki şəxslərin payı isə 1 milyard 949.8 milyon dollar (9.2 faiz) təşkil edib.

Ölkə qrupları üzrə idxalda MDB ölkələrinin payı 5 milyard 157.1 milyon dollar (24.34 faiz), Avropa İttifaqı ölkələrinin payı 2 milyard 537 milyon dollar (11.97 faiz), digər ölkələrin payı isə 13 milyard 494.1 milyon dollar (63.69 faiz) olub. Eyni zamanda, idxalda yüksək texnologiyalı məhsulların həcmi 1 milyard 521.3 milyon dollar, humanitar və təmənnasız yardım xarakterli yüklər isə 36.5 milyon dollar səviyyəsində qeydə alınıb.

Hesabat dövründə ixrac əməliyyatlarının həcmi 23 milyard 401.2 milyon ABŞ dolları olub. İxrac olunan malların çeşidlərinin sayı 2 min 852 təşkil edib. İxracda özəl sektorun payı 12 milyard 631.6 milyon dollar (53.98 faiz), dövlət sektorunun payı 10 milyard 637.3 milyon dollar (45.46 faiz), fiziki şəxslərin payı isə 132.3 milyon dollar (0.56 faiz) olub.

Ölkə qrupları üzrə ixracda Avropa İttifaqı ölkələri əsas paya malik olaraq 16 milyard 178.7 milyon dollar (69.14 faiz) həcmində məhsul qəbul edib. Digər ölkələrə ixrac 5 milyard 595.2 milyon dollar (23.91 faiz), MDB ölkələrinə ixrac isə 1 milyard 627.2 milyon dollar (6.95 faiz) təşkil edib.

Qeyri-neft sektoru üzrə ixracın həcmi 3 milyard 317 milyon dollar olub ki, bu da ümumi ixracın 14.17 faizinə bərabərdir. Yüksək texnologiyalı məhsulların ixracı 35.5 milyon dollar, humanitar və təmənnasız yardım xarakterli yüklər isə 3.4 milyon dollar səviyyəsində qeydə alınıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın