Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan İranın dron hücumları ilə bağlı beynəlxalq dəstəyə görə təşəkkür edib

37

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə minnətdarlığını bildirib.

AZƏRTAC-ın xəbərinə görə XİN-in məlumatında qeyd olunub ki, Azərbaycanla nümayiş etdirilən həmrəylik, eləcə də ölkənin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına göstərilən açıq dəstək yüksək qiymətləndirilir.

Bildirilib ki, bu müddətdə Azərbaycanla həmrəylik nümayiş etdirən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edilir, onların davamlı dəstəyi və əməkdaşlığı yüksək dəyərləndirilir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın