Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

133 mindən çox abituriyent ali məktəb və kolleclərə sənəd verdi

31

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

Oxu.Az xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 133 389 abituriyent qeydiyyatdan keçib.

Belə ki, Azərbaycan bölməsi üzrə ali təhsil müəssisələrinə sənəd qəbulu üçün 120 671 nəfər, rus bölməsi üzə isə 12 718 nəfər müraciət edib. Kolleclərlə bağlı isə bu say (11 illik) Azərbaycan bölməsi üzrə 110362 rus bölməsi üzrə 10015 nəfər olmaqla, 120377 nəfər təşkil edir.

9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 27 408 Azərbaycan bölməsi, 1395 rus bölməsi olmaqla 28 803 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın