Dünya çempionatı: Günün son matçında hesab açılmadı

Bakı təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda günün son matçı keçirilib.
Oxu.Az xəbər verir ki, B qrupunda keçirilən Rumıniya - Fransa görüşündə qalib müəyyənləşməyib.
Milli Gimnastika Arenasında baş tutan görüş 0:0 hesabı ilə yekunlaşıb.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin sonuncu turunda daha bir matç keçirilib.
Oxu.Az-ın məlumatına görə, D qrupunda Bolqarıstan Slovakiyanı üstələyib.
Milli Gimnastika Arenasında baş tutan görüş Bolqarıstan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Azərbaycan yığması qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə-gəlib.
Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. İkinci qarşılaşmada millimiz Sloveniya yığması üzərində inamlı qələbə qazanıb (4:0).
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda növbəti oyun baş tutub.
Oxu.Az xəbər verir ki, Türkiyə yığması İngiltərəyə məğlub olub.
Milli Gimnastika Arenasında baş tutan görüş İngiltərə komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, Macarıstan millisi Ukraynanı üstələyib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Macarıstan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir görüş baş tutub.
Oxu.Az xəbər verir ki, Portuqaliya millisi Hindistan üzərində böyük hesablı qələbə qazanıb.
Milli Gimnastika Arenasında baş tutan görüş Avropa təmsilçisinin 8:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, A qrupunda Sloveniya millisi Bəhreynə məğlub olub.
Milli Gimnastika Arenasında baş tutan görüş Bəhreyn komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qrupda yer alan Azərbaycan yığması saat 19:30-da Mavritaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün keçirilən digər matçda Özbəkistan yığması Çadı (3:0) məğlub edib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında qrup mərhələsində III tura start verilib.
Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında Özbəkistan yığması Çad komandası ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0.
Qeyd edək ki, bu gün daha 7 görüş keçiriləcək.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının III turuna 8 qarşılaşma ilə start veriləcək.
Oxu.Az xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışın beşinci gününə Özbəkistan - Çad oyunu ilə start veriləcək.
Dünya çempionatı
Qrup mərhələsi
III tur
25 may
Saat 12:45, Özbəkistan - Çad;
Saat 14:00, Bəhreyn - Sloveniya;
Saat 15:15, Hindistan - Portuqaliya;
Saat 16:30, Macarıstan - Ukrayna;
Saat 18:15, Türkiyə - İngiltərə;
Saat 19:30, Azərbaycan - Mavritaniya;
Saat 20:45, Slovakiya - Bolqarıstan;
Saat 22:00, Rumıniya - Fransa.