Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İnnovasiya və Təchizat Mərkəzi 1,5 milyon manatlıq tender elan etdi

123

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) artroplastika, yəni diz və bud-çanaq endoprotezləri əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuş tibbi vasitələrin satın alınması məqsədilə müsabiqə elan edib. Satınalma 2026-cı il üzrə planlaşdırılan əməliyyatların təmin olunmasını nəzərdə tutur.

Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 561 min 918 manat 80 qəpik təşkil edir.

Tenderə 2026-cı il yanvarın 16-da yekun vurulacaq.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın