Bakıda yeni dəmir yolu dayanacaqları YARADILIR
144
"Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdən ibarətdir: Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt. Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görülüb".
Oxu.Az "Trend"ə istinadla xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.


