Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

62

Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 5 ölkənin iştirakı ilə təşkil olunan yarışa Azərbaycan millisi 2 idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Boksçulardan - Sərxan Haqverdiyev (70 kiloqram) və Teymur Tanrıverdiyev (+70 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən boksçular görüşü vaxtından əvvəl tam üstünlüklə öz xeyirlərinə bitiriblər.

Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın