Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

BMT Təhlükəsizlik Şurası Livanla bağlı təcili iclas keçirəcək

56

BMT Təhlükəsizlik Şurasının Livanla bağlı təcili iclası iyunun 1-də keçiriləcək.

Oxu.Az "Al Jazeera"ya istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat veriblər.

Bundan əvvəl Fransa İsrailin Livan ərazisində keçirdiyi hərbi əməliyyatlarla əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi.

Fransa İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına təşəbbüs göstərib.

Oxu.Az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BFM telekanalının efirində bildirib.

O əlavə edib ki, Təl-Əvivin hərəkətlərini qəbuledilməz hesab edir və əməliyyatı "ciddi səhv" adlandırıb. Nazirin sözlərinə görə, İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsinə və qüvvələrini ölkə ərazisinin dərinliklərinə doğru irəlilətməsinə heç nə haqq qazandıra bilməz.

"Mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etmişəm", - deyə Barro bildirib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın