Baş katib: Azərbaycan ECO-nun işinə mühüm töhfələr verir
71

Azərbaycan hökumətinə və xalqına möhtəşəm qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi adından təşəkkürümüzü bildiririk. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə ECO-nun Baş katibi Əsəd Məcid Xan Ağdamda ECO Həftəsi çərçivəsində keçirilən ECO-nun Gənclər Forumunda deyib.