Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İtaliya şirkəti Venesuelada nəhəng neft yatağında hasilata başlayır

121

İtaliyanın ENI energetika şirkəti ehtiyatları 35 milyard barrel qiymətləndirilən Venesueladakı "Junín 5" super-nəhəng neft yatağında "işlərin başlandığını" elan edib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın ENI energetika şirkəti çərşənbə günü Venesueladakı fəaliyyətinə başladıqlarını elan edib. Bu, həmin ölkənin müvəqqəti hökumətinin ABŞ-ın razılığı ilə transmilli korporasiyalarla yeni neft sazişləri imzalamasından demək olar ki, iki ay sonra baş tutub.

Sentyabr ayında ENI şirkəti müvəqqəti prezident Delsi Rodriges administrasiyası ilə imzalanmış müqavilə əsasında mərkəzi Venesueladakı Orinoko neft kəmərində yerləşən "Junín 5" ağır neft yatağının işlənməsi üzrə eksklüziv hüquqlar əldə edib. Müqavilənin imzalanması Karakas ilə Vaşinqton arasında Venesuelanın nəhəng neft ehtiyatlarının 20%-nə Birləşmiş Ştatlara nəzarət hüququ verən misli görünməmiş sazişlə üst-üstə düşüb.

ENI şirkəti dəqiqləşdirib ki, onun planına "sahibsiz qalmış quyuların bərpası və yeni quyuların qazılması üzrə intensiv kampaniya" daxildir. ENI agentliyinin məlumatına görə, məqsəd ehtiyatları 35 milyard barrel qiymətləndirilən bu yataqda 2028-ci ilə qədər sutkada 200 min barrel hasilata nail olmaqdır.

Delsi Rodriges Birləşmiş Ştatların təzyiqi altında sektoru özəl kapital üçün, xüsusən də xarici investisiyalar üçün açan neft islahatını irəli çəkib. Venesuelanın dövlət neft şirkəti "Pétroles de Venezuela" (PDVSA) iddia edir ki, müvəqqəti hökumətin gəlişi ilə özəl şirkətlərlə 61 saziş imzalanıb. Onların arasında Birləşmiş Ştatlarla da saziş var; ABŞ bu neft yatağını Venesuelanın ikinci ən böyük özəl şirkəti olan "North American Blue Energy Partners" (NABEP) vasitəsilə idarə edəcək. Vaşinqton bu neft şirkətinin səhmlərinin 30%-nə sahibdir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın