Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

BAEA rəhbəri: "Natanzdakı obyektə ciddi ziyan dəyib"

66

İsrailin İrana endirdiyi zərbələr nəticəsində Natanzdakı uranın zənginləşdirilməsi kompleksinə ciddi ziyan dəyib.

Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İsrail prezidenti İsxak Hersoqla söhbətində bildirib.

"Natanzdakı obyektə ciddi ziyan dəyib", - deyə R.Qrossi vurğulayıb.

O, vəziyyəti yerində öyrənmək üçün İrana səfər etməyi planlaşdırdığını qeyd edib.

 

İsrail qırıcılarının hücumundan sonra İranın Natanzdakı nüvə obyektinin peykdən çəkilmiş görüntüləri yayılıb.

Oxu.Az bu barədə İsrail KİV-ə istinadən məlumat yayıb.

Çəkilən peyk görüntülərində İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi obyektinə ziyan dəydiyi görünür.

İsrailin hücumu nəticəsində İranın Natanz şəhərində nüvə obyektinə ciddi ziyan dəyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İran mənbələri yazır.

Təsdiqlənməmiş məlumata görə, reaktor dağıdılıb və hazırda obyekti alov bürüyüb.

Tehran rəsmiləri hələlik təfərrüatları açıqlamayıblar. Eyni zamanda, yerli KİV və hadisə şahidləri güclü partlayışların və obyektdən qatı tüstünün qalxdığını bildirirlər. Məlumat təsdiqlənərsə, bu, son illərdə İranın nüvə infrastrukturuna ən böyük zərbə olacaq.

Öz növbəsində, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İran hakimiyyətinə istinadən bəyan edib ki, Buşehrdə Atom Elektrik Stansiyası (AES) İsrail tərəfindən hücuma məruz qalmayıb, Natanz nüvə obyektində radiasiya səviyyəsi isə yüksəlməyib.

Qeyd edək ki, bundan əvvəl İsrailin İranda iki nüvə reaktorunu, yeraltı raket-nüvə kompleksini, nüvə texnologiyaları mərkəzini və laboratoriyanı məhv etdiyi bildirilib.

 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın