Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İki komanda Azərbaycanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb

87

Argentinada başa çatan çövkən üzrə Cənubi Amerika çempionatının nəticələrinə əsasən, dünya çempionatına vəsiqə qazanan növbəti komandalar müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ilk dəfə təşkil edilən qitə çempionatının birinci günündə Argentina və Uruqvay komandaları arasında baş tutan qarşılaşma 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə yekunlaşıb. Digər matçda isə Çili yığması Kolumbiyanı 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Üçüncü yer uğrunda oyunda Argentina Kolumbiyanı 3:2 hesabı ilə məğlub edərək turniri bürünc medalla başa vurub. Günün əsas qarşılaşmasında isə Uruqvay və Çili üz-üzə gəliblər və oyun 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə nəticələnib.

Beləliklə, Uruqvay yığması qitə çempionatının qalibi olaraq birbaşa dünya çempionatına vəsiqə qazanıb. Çili komandası isə ikinci yeri tutaraq qitəni dünya səhnəsində təmsil etmək hüququ əldə edib.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatı bu ilin iyun ayında Bakıda keçiriləcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın