Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Qlobal Bakı Forumunda regionun gələcəyi müzakirə olunur - Gürcüstanın keçmiş prezidenti

27

Qlobal Bakı Forumunda regionun gələcəyi müzakirə olunur.

Trend xəbər verir ki, bunu bu gün Gürcüstanın keçmiş prezidenti Qeorgi Marqvelaşvili XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə bildirib.

“Burada baş verən prosesləri müzakirə etmək üçün böyük və unikal təcrübəyə malik insanlar toplaşır. Belə narahat dövrlərdə bir araya gəlib həm regionun gələcəyini, həm də ümumilikdə dünyadakı siyasi prosesləri müzakirə etmək imkanı yaratdığına görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm”, – o bildirib.

Qeyd edək ki, Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub və qlobal siyasi, iqtisadi və humanitar məsələlərin müzakirəsi üçün aparıcı beynəlxalq platformalardan hesab olunur.

2013-cü ildən etibarən forum fəaliyyət göstərən və sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini və ekspert icmasını bir araya gətirərək beynəlxalq dialoqun və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın