Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

XII Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub

96

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sərgidə ayrıca stendlə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də sərgi çərçivəsində agentliyin Uşaq Bilik Portalının (portal.azertag.az) təqdimatı keçirilib.

Tədbirdə Uşaq Bilik Portalının rəhbəri İradə İsayeva çıxış edərək portalın fəaliyyəti, məqsədləri və təqdim etdiyi imkanlar barədə məlumat verib.

O bildirib ki, portalda uşaqlar üçün maraqlı hekayələr, müxtəlif mövzularda maarifləndirici və əyləncəli materiallar yerləşdirilib. Əsas məqsəd uşaqların bilik və dünyagörüşünü genişləndirmək, onların mütaliəyə, elmə və öyrənməyə marağını artırmaqdır.

Tədbir zamanı iştirakçılar arasında müsabiqə təşkil olunub. Müsabiqənin qaliblərinə AZƏRTAC-ın xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, AZƏRTAC-ın sərgidəki stendində agentliyin müxtəlif çap məhsulları, kitabları və digər nəşrləri nümayiş olunur.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın