Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Mehriban xanıma məktub yaz, o kömək edər, onun qızıl ürəyi var...” – xalq arasında bu sözlər tez-tez eşidilir

57


01:56 26 avqust 2026
Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, Birinci xanım... Bunlar Mehriban xanım Əliyevanın əsas fəxri adlarıdır və hər bir Azərbaycan vətəndaşına yaxşı tanışdır. Çünki o, xeyirxah əməlləri ilə çətin həyat şəraitində olan çox sayda insan üçün dəstək və arxa olmuşdur. Əsl himayədar mələk kimi, o, təcili müalicəyə ehtiyacı olanların sağlamlığını bərpa etmək üçün dəfələrlə köməyə çatmış, məcburi köçkün ailələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə qayğı və diqqət göstərmişdir. Xalq arasında həyati vacib probleminin həllini tapa bilməyən insana tez-tez belə bir məsləhət verildiyini eşitmək olar: “Mehriban xanıma məktub yaz, o kömək edər, onun qızıl ürəyi var...”

Artıq uzun illərdir ki, Mehriban xanımın rəhbərlik etdiyi Fond xeyriyyəçiliklə məşğul olur, mədəniyyət və səhiyyə sahəsində irimiqyaslı layihələr həyata keçirir, məbədlərin bərpasına, təhsil müəssisələrinin, milli və mədəniyyət mərkəzlərinin tikintisinə və yenidən qurulmasına kömək edir. Bu heyranedici dərəcədə gözəl, nəcib ruhlu qadının həyatını həsr etdiyi ən baş mənəvi missiya haqqında ise sonsuza qədər yazmaq və danışmaq olar. Mehriban Əliyevanın təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində xeyriyyə aksiyalarının və irimiqyaslı layihələrin təşəbbüskarı və təşkilatçısı kimi layiq gördüyü beynəlxalq təşkilatların ali mükafatlarına nəzər salmaq kifayətdir ki, Azərbaycanın birinci xanımının ətraf dünyamıza necə güclü və eyni zamanda xeyirxah təsir göstərdiyi aydın olsun.

Onun çoxşaxəli fəaliyyəti ilə bağlı demək olar ki, hər bir hadisə hər zaman Azərbaycana qarşı etimad və hörmətin yaradılmasına, doğma ölkənin mədəniyyətinin və milli ənənələrinin qorunmasına yönəlmişdir. Ən yüksək rütbəli diplomat kimi, Azərbaycan xalqının öz milli kimliyinə, tarixinə, ənənələrinə və mədəniyyətinə olan hüquqlarında ədalətin bərpa olunmasına dəstək göstərə biləcək müxtəlif ölkələrin dövlət və ictimai xadimləri, dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələrin və əməkdaşlığın inkişafı vasitəsilə, Azərbaycanın birinci xanımı bir çox ölkələr üçün vacib olan müxtəlif növ problemlərin həllərinə dünya birliyinin diqqətini cəlb edən təşəbbüslərlə daim çıxış edir. Prezident İlham Əliyevin xarici səfərləri zamanı müxtəlif beynəlxalq tədbirlərdə və görüşlərdə iştirak edən Mehriban xanım, beynəlxalq informasiya məkanında Azərbaycan, Azərbaycan xalqının qədim mədəniyyəti və ölkənin müasir inkişafı haqqında doğru məlumatların təbliği və irəlilədilməsinə hər zaman kömək edir.

Doğum gününüz mübarək, çox hörmətli Mehriban xanım! Qoy hər zaman arzularınız çin olsun və həyatınızı həsr etdiyiniz bütün xeyriyyə layihələri reallığa çevrilsin!

Səmimi hörmətlə,

Bakuinform.az informasiya portalının baş redaktoru
Larisa Cavanşir

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın