Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan kikboksçusu Dünya Kubokunda qızıl medal qazanıb

35

Azərbaycan kikboksçusu Həsən Allahyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən WAKO Dünya Kubokunda uğurlu nəticə göstərib.

AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında LK (Low Kick) üzrə 71 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, yarış 27-31 avqust tarixlərində təşkil edilib.

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev finalda serbiyalı rəqibi Marko Yorqiçə ipponla qalib gələrək, gənclər arasında ikiqat qitə çempionu olub.

Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xədicə Qədəşova (57 kiloqram) isə bürünc medal görüşündə uduzub.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.

18:44

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə (60 kiloqram) Monteneqronun paytaxtı Podqoritsada keçirilən U-21 Avropa çempionatında final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada fransalı Lüsyen Tiksyeni məğlub edən idmançı qitə yarışının qızıl medalını qazanıb.

Bu gün, həmçinin Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionluğu, Xədicə Qədəşova (57 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.

Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin altı üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yeni mövsümdən etibarən Səlminaz Ramazanlı, Ela Nur Gökçöl, Aylin Əkbərzadə, Polina Şukina, Aylin Niftəliyeva və Deniz Gökçöl təhsillərini və basketbol karyeralarını ABŞ-də davam etdirəcəklər.

Səlminaz Ramazanlı Luiziana, Ela Nur Gökçöl Corcian Kort Universitetində, Aylin Əkbərzadə Con Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida, Aylin Niftəliyeva Sprinqfild Kommonvels, Deniz Gökçöl isə Sentral Point Akademiyasında təhsil alacaqlar.

Bu keçidlər basketbolçulara yeni mühitdə inkişaf etmək və ABŞ basketbol sistemində təcrübə qazanmaq imkanı verəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın