AZAL - ilin nəticələri haqqında.....
"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan beş milyon dollar faizsiz borc alıb
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı müqavilə dekabrın 8-də imzalanıb.
Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 2028-ci il yanvarın 31-dək tam şəkildə qaytarılmalıdır.
Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində baş tutub.
***
AZAL dövlət bankında depozit yerləşdirib
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı ilk müqavilə 2025-ci il fevralın 5-də imzalanıb.
Depozit 6 ay müddətinə, illik 8%-lə yerləşdirilib. Avqustun 1-də isə depozitin müddətinin bitdiyi tarixdən növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb və illik faiz dərəcəsi 7% müəyyən edilib.
Bu il AZAL həm də banklar qarşısında olan öhdəlikləri üzrə 32.968 milyon manat əsas borc və 13.471 milyon manat faiz ödənişi həyata keçirib.
***
AZAL "Airbus A321-200NX tipli" üç hava gəmisini icarəyə götürüb
Oxu.Az "Report"a istinadən xəbər verir ki, həmin təyyarələrin 2026-cı ilin dekabr - 2027-ci ilin mart ayları aralığında təhvil verilməsi planlaşdırılır.
Bundan başqa, bu il AZAL lizinq müqavilələri əsasında təhvil alınmış iki yeni "Airbus A320-251N" tipli hava gəmisinin hesabına donanmasındakı hava gəmilərinin sayını 33-ə çatdırıb.


