Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
Oxu.Az xəbər verir ki, Tərxan Tərlan oğlu Quliyev, Nicat Zaman oğlu Ağayev, Əsəd Tofiq oğlu Abdullayev, Rəşad Fərhad oğlu Rüstəmov, Xədicə Zakir qızı Ağayeva, Elvin Bəhruz oğlu Əhmədov, Nərminə Ramiz qızı Şabanova və Naib İsmixan oğlu İsmiyev törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.
Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sheraminin olduğu aşkar edilib.
Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə kəşfiyyat xarakterli məlumatların toplanılması və terror-təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İİR vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber, Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan olunub.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməlləri aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Tərxan Tərlan oğlu Quliyev və Nicat Zaman oğlu Ağayev, Əsəd Tofiq oğlu Abdullayev və Rəşad Fərhad oğlu Rüstəmov Cinayət Məcəlləsinin müvafiq maddələri ilətəqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Nərminə Ramiz qızı Şabanova və Naib Ağaismi oğlu İsmiyev AR Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdetməyə hazırlıq), Elvin Bəhruz oğlu Əhmədov isə CM-nin 228.2.1(qabaqcadan əlbir bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmə, başqasına vermə, saxlama daşıma və gəzdirmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.
***
İran vətəndaşı Səngəçaldakı körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 min ABŞ dolları vəd edib
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasında kəşfiyyat xarakterli məlumatların toplanılması, terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları vəd edən İran İslam Respublikası vətəndaşı Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub.
Eyni zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayan yəhudiəsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşrıqlar aldığı məlum olub.
***
DTX: Qaradağda SEPAH-ın öldürücü təsir dairəsi 250-300 metr olan partlayıcı qurğusu aşkarlanıb
Oxu.Az xəbər verir ki, Bakının Qaradağ rayonunda yerləşən gəmiqayırma zavodunun yaxınlığında 1 ədəd 1 280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib.
Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300 metr məsafədədir.
SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafez Tavassoli Xədicə Zakir qızı Ağayeva ilə əlaqə yaradıb, qutunu özündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə qoyub.
X.Ağayeva 1 nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra H.Tavassoliyə bu barədə məlumat verib. X.Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad Sheikhzadeh Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Elvin Bəhruz oğlu Əhmədov partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət evinin ətrafında gizlədib.



