"Sabah" - "Barselona" oyununa satılmış biletlərin sayı açıqlanıb
42
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" (İspaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 50 min bilet öz sahibini tapıb.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.


