Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

"Urban Expo" sərgisi üçün müraciətlər açıq elan olunub

126

2026-cı ilin 17–22 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək XIII sessiyası (WUF13) çərçivəsində baş tutacaq Urban Expo sərgisinə müraciətlərin qəbuluna başlanılıb.

Trend xəbər verir ki, bu barədə WUF13-ün "X" hesabında məlumat paylaşılıb.

"35,000 kvadratmetr sahəni əhatə edəcək sərgidə milli və yerli hökumətlər, regional qurumlar, BMT agentlikləri, akademik institutlar, beynəlxalq maliyyə qurumları, vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlərin iştirakı gözlənilir.

Müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn şəkildə qəbul olunur. Hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.

Qeydiyyat və ətraflı məlumat üçün "Urban Expo" səhifəsinə daxil ola və ya unhabitat-events@un.org ünvanı ilə əlaqə saxlaya bilərsiniz", - məlumatda qeyd edilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın