Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi planlaşdırılır

120

Bu ilin payızında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi planlaşdırılır. Eyni zamanda, Komissiyanın iclası çərçivəsində və ya ona yaxın tarixdə biznes dairələrinin və özəl sektor nümayəndələrinin iştirakı ilə Birgə Biznes Forumunun keçirilməsi də faydalı ola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, ATƏT məkanında əməkdaşlığın gücləndirilməsi ölkələrin iqtisadi inkişafı və insanların rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın