Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

P.İ.Çaykovskinin anadan olmasının 185 illiyinə həsr olunmuş videoçarx hazırlandı

209

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Udmurtiya Milli Kitabxanası ilə birgə “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində  videoçarx hazırlandı.

“Pyotr İliç Çaykovski – 185” adlı videoçarx dünya auditoriyasının qəlbini fəth etmiş, klassik musiqinin inkişafına mühüm töhfələr vermiş, bəstəkar, istedadlı pedaqoq, dirijor və musiqi tənqidçisi Pyotr İliç Çaykovskinin anadan olmasının 185 illiyinə həsr olunub. Videoçarxda dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir. Burada P.İ.Çaykovskinin məşhur ifadələri  yer alır. Bir çox əsərlərinin siyahısı verilir, abidələri nümayiş olunur. Videoçarxda Çaykovskinin  “Uşaq albomu”ndan “Torağayın nəğməsi” və “Ana” adlı hissələrin fraqmenti verilib.

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=zWFlEo7Skl8

 

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın