Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Səfir Düşənbədə əldə olunmuş razılaşmaların tezliklə icrasının vacibliyini vurğulayıb

96

Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında görüş keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı səfir Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun qarşıdan gələn Yeni il münasibətilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrova ünvanladığı təbrik məktubunun surətini təqdim edib. Tərəflər Azərbaycan–Rusiya münasibətlərinin mövcud vəziyyətini müzakirə edib, 2025-ci ilin siyasi yekunlarını nəzərdən keçiriblər.

Söhbət zamanı Rəhman Mustafayev qeyd edib ki, başa çatmaqda olan il ikitərəfli münasibətlərdə 2024-cü ilin dekabrında AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciəvi qəzanın kölgəsində keçib. Bu baxımdan o, oktyabrın 9-da Düşənbədə iki ölkə prezidentlərinin baş tutmuş görüşünü Azərbaycan–Rusiya münasibətlərinin normallaşdırılması yolunda mühüm addım kimi dəyərləndirib.

Səfir, həmçinin Düşənbədə liderlər arasında əldə olunmuş razılaşmaların mümkün qədər tez həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. O, xüsusilə Rusiya Prezidenti Vladimir Putinin “belə faciəli hallarda tələb olunan bütün tədbirlərin Rusiya tərəfindən kompensasiyalarla bağlı görüləcəyi və bütün vəzifəli şəxslərin hərəkətlərinə ədalətli hüquqi qiymət veriləcəyi” barədə bəyanatını vurğulayıb.

Bu kontekstdə Rusiya Prezidentinin qeyd olunan bəyanatında əksini tapmış göstərişlərin icrasının zəruriliyini heç bir prosessual qərarın əvəz etmədiyi və ləğv etmədiyi barədə tezis müsbət qarşılanıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın