Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın turizm imkanları Pakistanda sərgidə nümayiş olunub

64

Azərbaycanın Pakistandakı səfirliyi “Discover Pakistan” və Pakistanda Turizmin İnkişafı Kooperasiyasının birgə təşkil etdiyi “Global Destinations Expo” adlı beynəlxalq tədbirdə iştirak edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mədəni mübadilə və qlobal turizmin təşviqi məqsədilə keçirilən sərgidəki Azərbaycan stendində ziyarətçilərə ölkəmizin mədəni, işgüzar, sağlamlıq, təbiət, haykinq və qış turizmi imkanları, dağ-xizək istirahət mərkəzləri barədə ətraflı məlumatlar verilib, milli yeməklərimiz və şirniyyatlarımızdan ibarət müxtəlif təamlar təqdim olunub, tariximizə və mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib.

Tədbirdə, həmçinin Azərbaycanın zəngin milli-mədəni irsini özündə əks etdirən fotolar və videoçarxlar nümayiş olunub.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın