Azərbaycanın Türkiyədəki səfirliyi müvəqqəti olaraq konsulluq xidmətləri göstərməyəcək - SƏBƏB
57
Azərbaycanın Türkiyədəki səfirliyi on gün ərzində konsulluq xidmətləri göstərməyəcək.
Bu barədə diplomatik nümayəndəliyin açıqlamasında bildirilib.
Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə bu tarixlər qeyri-iş günləri elan edildiyindən, Türkiyədəki Azərbaycan səfirliyinin konsulluq şöbəsi 20-30 mart tarixləri arasında bağlı olacaq.


