Moskvada Novruz bayramı qeyd olunub
55
Moskvada Ulduz Əsgərova və Rəna İsmayılovanın rəhbərliyi ilə “DOSTLUQ-ДРУЖБА” Mədəni-maarif Tədbirlərinin Dəstəyi və Təşkili Mərkəzi tərəfindən Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, gecənin əsas iştirakçıları təşkilatın nəzdində fəaliyyət göstərən yaradıcılıq klubunun yetirmələri olub.
Gənc iştirakçılar Novruzun adət və ənənələrini əks etdirən teatr səhnəcikləri təqdim edib, həmçinin Azərbaycan milli rəqslərini ifa ediblər. Bu çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub.


