Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Puşkinin “Kapitan qızı” povesti Amerikanın “The New Yorker” jurnalının yay mütaliəsi siyahısında

34

Amerikanın həftəlik “The New Yorker” jurnalı Aleksandr Puşkinin “Kapitan qızı” povestini özünün yay mütaliəsi üçün nəzərdə tutulmuş “Pocket Reads” (“Cib qiraəti”) siyahısına daxil edib. Bu siyahıya çimərlikdə və ya yolda olarkən bir günə rahatca oxuna biləcək doqquz qısa əsər daxil edilib.

Povesti siyahıya daxil etməyi jurnalın icmalçısı və rus ədəbiyyatı mütəxəssisi Cennifer Uilson təklif edib. O qeyd edib ki, rus klassikasının “ağır və yorucu” olması barədə stereotiplərin əksinə olaraq, “Kapitan qızı” öz dinamikası və sadə dili ilə heyran edir. Uilson bu əsəri “parlaq siyasi əsər” adlandırıb. Qeyd edək ki, Robert və Elizabet Çandlerin ingilisdilli tərcüməsində kitab cəmi 192 səhifədən ibarətdir.

Puşkinlə yanaşı siyahıda Cerald Darrell, Müriel Spark, Patrik Modiano və Nensi Mitfordun da kitabları yer alıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın