Paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, martın 27-də səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tabeli idarələri, rayon birlikləri və şəhərin digər təsərrüfat qurumları tərəfindən ərazidə sakinlərin təxliyyəsi, yağış suları barmaqlıqlarının təmizlənməsi və digər zəruri tədbirlər görülməkdədir. Bu işlər gün boyu davam etdirilir.
Bundan əlavə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də əraziyə baxış keçirərək, rayonun kommunal və təsərrüfat qurumlarına yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.
***

Bakıda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir
Martın 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
AZƏRTAC xəbər verir ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.
Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev isə Binəqədi ərazisində qəza baş verən əraziyə gəlib. İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.
Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
***
İntensiv yağışlarla əlaqədar 25-i azyaşlı olmaqla ümumilikdə 118 nəfər təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 25-i azyaşlı olmaqla ümumilikdə 118 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.
18:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.


