Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir

120

  Foto: https://www.instagram.com/p/DdoyCFgjIdm/?stkn=MXM0aGZ5eTRvdG4xZg==

Paytaxtımız dünyanın ən nüfuzlu avtoidman yarışını artıq 10-cu dəfə qəbul edir.

Yarış həftəsonunun ilk günü saat 10:45-də Formula 2 üzrə sərbəst yürüşlərlə başlayacaq. Saat 12:30-da isə Formula 1 pilotları ilk sərbəst yürüşə çıxacaqlar. Gün ərzində Formula 2 üzrə iki təsnifat sessiyası keçiriləcək və ilk gün Formula 1-in ikinci sərbəst yürüşü ilə başa çatacaq.

Sentyabrın 25-də Formula 1 üzrə sərbəst yürüşlər və Formula 2-nin sprint yarışı keçiriləcək. Sentyabrın 26-da isə həftəsonunun əsas yarışı baş tutacaq.

Azərbaycan Qran-Prisində 10 komandadan 20 pilot mübarizə aparacaq. 6 kilometr uzunluğundakı Bakı Şəhər Halqasında Lewis Hamilton, George Russell, Max Verstappen, Charles Leclerc və digər tanınmış pilotlar çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. Ölkəmizdə keçirilən ilk yarış “Avropa Qran-Prisi” adlanıb və həmin yarışı Nico Rosberg qazanıb. Sonrakı illərdə Daniel Ricciardo, Lewis Hamilton, Valtteri Bottas, Sergio Perez, Max Verstappen və Oscar Piastri Bakıda qalib olublar.

Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən Azərbaycan Qran-Prisi keçirilməyib.

## F1 Yürüşlərinin Cədvəli (Bakı vaxtı ilə)

 

• 24 sentyabr (Cümə axşamı):

• 12:30 – 13:30 — Birinci sərbəst yürüş (FP1)

* 16:00 – 17:00 — İkinci sərbəst yürüş (FP2)

• 25 sentyabr (Cümə):

• 12:30 – 13:30 — Üçüncü sərbəst yürüş (FP3)

* 16:00 – 17:00 — Sıralama turu (start düzülüşünü müəyyən edəcək)

• 26 sentyabr (Şənbə):

• 15:00 — Əsas Qran-Pri yarışı

 

Qeyd: 2026-cı ildə əsas yarış təşkilatçıların müraciəti əsasında, milli günlə əlaqədar olaraq şənbə gününə keçirilmişdir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın