Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Üç böyük dövlət BMT-də İrana qarşı güc tətbiqinə dair sənədə etiraz etdi

59

BMT Təhlükəsizlik Şurasında (TŞ) ərəb dövlətlərinin Hörmüz boğazının açılması məqsədilə İrana qarşı hərbi müdaxiləyə icazə almaq cəhdləri Rusiya, Çin və Fransa tərəfindən faktiki olaraq bloklanıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri dərc edib.

Nəşrə danışan BMT-nin rəsmi nümayəndəsi və bir diplomat qeyd edib ki, veto hüququna malik bu üç ölkə İrana qarşı hərbi güc tətbiqini nəzərdə tutan hər hansı ifadənin sənəddə yer almasının qəti əleyhinədir. Diplomatik mənbələr bildirirlər ki, layihə ilə bağlı 10 qeyri-daimi üzv arasında da ciddi fikir ayrılıqları mövcuddur.

Körfəz ölkələrinin dəstəklədiyi və Bəhreynin hazırladığı qətnamə layihəsi üzrə səsvermənin bu gün keçirilməsi planlaşdırılır. Həftələrlə davam edən qapalı müzakirələrdən sonra hazırlanan sənədin dördüncü redaksiyasında qeyd olunur ki, Təhlükəsizlik Şurası üzv dövlətlərə Hörmüz boğazında sərbəst tranziti təmin etmək üçün "bütün lazımi vasitələrdən", o cümlədən hərbi gücdən istifadə səlahiyyəti verir.

Ekspertlərin rəyinə əsasən, əksər Körfəz ölkələrinin orduları sayca kiçik olduğuna və ABŞ-nin hərbi dəstəyinə ehtiyac duyduğuna görə, Bəhreynin BMT-dəki bu təşəbbüsü praqmatiklikdən daha çox simvolik xarakter daşıyır. Buna baxmayaraq, veto hüququ olan sözügedən üç dövlətin səsvermədəki yekun mövqeyi prosesin gedişatını müəyyən edəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın