Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

AZƏRTAC XI Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur

96

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) öz stendi ilə iştirak edir. Stenddə AZƏRTAC-ın çap məhsulları və nəşrləri, kitablar və s. təqdim olunur.

AZƏRTAC xəbər verir ki, stendi mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və başqaları ziyarət ediblər.

Stendlə tanışlıq zamanı qonaqlara AZƏRTAC-ın mədəniyyət rubrikasında yayımlanan yeni layihələr, mədəniyyət müəssisələri haqqında hazırlanan reportajlar, incəsənət xadimləri ilə müsahibələr barədə məlumat verilib. Ziyarətçilərə, həmçinin AZƏRTAC-ın arxivindəki fotolardan istifadə olunduğu kitablar nümayiş etdirilir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva AZƏRTAC-ın bütün tədbirləri yüksək səviyyədə işıqlandırdığını diqqətə çatdırıb. O bildirib ki, agentliyin təqdim etdiyi məlumatlar həm operativliyi, həm də dəqiqliyi ilə seçilir və cəmiyyət üçün mühüm informasiya mənbəyi rolunu oynayır.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid xəbərlərin oxuculara çatdırılmasında AZƏRTAC-ın xüsusi rolunu vurğulayıb.

Qonaqlara AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.

Sərgi oktyabrın 7-dək davam edəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın