Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azad Mirzəcanzadə inkişaf proqramının 3-cü dalğasının oriyentasiya günü təşkil olunub

103

Dekabrın 6-da Azər Mirzəcanzadə İnkişaf Proqramının üçüncü dalğasının iştirakçıları üçün oriyentasiya günü təşkil olunub. Proqramın məqsədi gənclərə müasir dövrün çağırışlarına cavab verə bilmək üçün şəxsi və peşəkar inkişaf baxımından güclü baza yaratmaq, onların sosial məsuliyyətini artırmaq və ictimai dəyişikliklərdə fəal iştirakını təşviq etməkdir.

Tədbirdə bildirilib ki, dövlət gənclərin inkişafına böyük dəstək göstərir və bu istiqamətdə bir çox proqramlar həyata keçirilir. Müzakirələr zamanı iştirakçıların maraq göstərdiyi mövzular - dünyada baş verən dəyişikliklər, bu dəyişikliklərə gənclərin hazırolma səviyyəsi və onların gələcəkdə öz yerini düzgün tapması kimi məsələlər diqqət mərkəzində olub.

Mütəxəssislər qeyd ediblər ki, bu cür tədbirlər gənclərdə özünəinamın formalaşmasına ciddi töhfə verir. Auditoriyanın fəallığı, suallar verməsi və müzakirələrdə aktiv iştirakı onların passiv olmadığını göstərir.

Proqrama ilk dəfə qatılan gənclər sosial şəbəkələr vasitəsilə layihə haqqında məlumat aldıqlarını və ilk dalğadan etibarən prosesi izlədiklərini bildiriblər.

Ətraflı Baku TV-nin süjetində:

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın