Türkiyədə təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilir
Türkiyənin Daxili İşlər Nazirliyi ölkə daxilində təhsil müəssisələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
AZƏRTAC xəbər verir ki, Şanlıurfa və Kahramanmaraşdakı təhsil müəssisələrində baş verən silahlı insidentlərdən sonra məktəblərdə və ətrafında görüləcək tədbirləri qiymətləndirmək üçün aprelin 16-da Ankarada daxili işlər naziri Mustafa Çiftçi və təhsil naziri Yusuf Tekinin iştirakı ilə onlayn müşavirə keçirilib.
Daxili İşlər Nazirliyinin göstərişi ilə görülən tədbirlərin bir hissəsi olaraq, məktəblərdə və onların yaxınlığında yerləşdirilən polis dəstələri intensiv yoxlamalar aparır.
Paytaxt Ankarada hüquq-mühafizə orqanlarının əməkdaşları bütün şübhəli şəxsləri saxlayır və onların şəxsiyyət vəsiqələrini yoxlayır.
Təhsil müəssisələrinin girişlərində azı iki polis əməkdaşı yerləşdirilib.
Hakimiyyət orqanları əmin ediblər ki, zəruri hallarda təhlükəsizliyi təmin etmək üçün əlavə polis əməkdaşları yerləşdiriləcək.


