Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

55

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Media və Yayım Şurasından AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı qonaqlara müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini, eləcə də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında xidmətlərini əks etdirən ekspozisiyalar barədə ətraflı məlumat verilib.

İştirakçılar, həmçinin Mərkəzin fəaliyyəti, burada qorunan zəngin tarixi-mədəni irs, Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələləri, Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyası, eləcə də Azərbaycan tarixini, mədəniyyətini və milli irsini təqdim edən müxtəlif sərgi və ekspozisiyalarla tanış olublar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın