BDU liseylisinin JBMO 2026-da uğuru
35
Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdi Əlikamal Həsən Rumıniyada keçirilən 30-cu Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) gümüş medal qazanıb.
Azərbaycan komandası olimpiadada uğurla çıxış edərək ölkəyə ümumilikdə 6 medal qazandırıb:
* 3 gümüş medal
* 3 bürünc medal
Qeyd edək ki, bu, gənc riyaziyyatçının ilk böyük uğuru deyil. Əlikamal Həsən bundan əvvəl 35 ölkənin qatıldığı Avropa Riyaziyyat Kubokunda da gümüş medala layiq görülmüşdü.


