Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır

44

Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Oxu.Az bu barədə İqtisadiyyat.az-a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.

Qeyd edilib ki, su təchizatı şəbəkələri Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.

Belə ki, siyahıya Ağstafanın Yenigün, Hacıqabulun I Udullu, Qubalı, II Udullu, l Paşalı, Şorbaçı, ll Paşalı və Tağlı, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpout, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyər, Göygölün Mollacəlil və İsmayıllının Qəzli kəndləri daxil edilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın