Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb -VİDEO
60
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb.
AZƏRTAC paylaşımı təqdim edir:
“Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, “Dəmir yumruq” yerindədir və yerində olacaq. (Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüş)”.


