Daha 296 kirayə mənzil satışa çıxarıldı
429

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 296 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Bu barədə Trend Fonda istinadən xəbər verir.
Məlumata görə, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Qeyd olunub ki, yeni mənzillər seçim üçün 21 yanvar 2025-ci ildən etibarən açıq olacaq.