Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıda 31 yeni abidə aşkarlanıb - FOTO

53

Bakı şəhərinin Yasamal rayonunda yeni aşkar edilmiş 31 abidə nümunəsinin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq üçün aidiyyəti üzrə təqdim olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında bildirilib.

Bakıda 31 yeni abidə aşkarlanıb - FOTO

İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin rəsmi mühafizəyə alınması, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsindəki 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.

Xatırladaq ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəlişlər həyata keçirilib.

Eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.

 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın