Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

221

2026-cı ildə Bakıda Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi planlaşdırılır.

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, İtaliya Ticarət Agentliyi (İTA) ilə keçirilən görüşdə Ələt Azad İqtisadi Zonasının, Kiçik və Orta Sənaye üzrə İtaliya Konfederasiyasının, İtaliyanın Depozitlər və Kreditlər Fondunun, Xarici Ticarətin Sığorta Xidmətlərinin və Xaricdə Fəaliyyət Göstərən Müəssisələr üçün İtaliya Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə İtaliya qurumları ilə potensial əməkdaşlıq istiqamətləri qeyd edilib, ölkəmizin investisiya imkanları, eləcə də Ələt Azad İqtisadi Zonasına dair təqdimatlar keçirilib.

Tərəflər Azərbaycan-İtaliya biznes forumu çərçivəsində AZPROMO ilə İTA arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu və fəaliyyət planına dair fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın