Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub

81

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.

Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Eyyub Quliyevin dirijorluğu və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti altında dinləyicilərin qarşısında solist skripkaçı Dilarə Mehdiyeva-Kurtaran çıxış edib.

Konsertdə Cüzeppe Verdinin “Mi minor üçün simli kvartet”i (dörd hissədə, Bakıda ilk dəfə simli orkestr tərəfindən ifa olunub), Akşin Əlizadənin “Aşıqsayağı” və “Pastoral” əsərləri, Valentin Silvestrovun “Gecə serenadası”, həmçinin Astor Pyatsollanın “Buenos-Ayresin fəsilləri” silsiləsi (dörd hissədə) səsləndirilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın