İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
65
Milanda XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Oxu.Az xəbər verir ki, "San-Siro" stadionundakı şou 70 mindən çox tamaşaçını və bir çox dünya ulduzunu bir araya gətirir.
Məşhur amerikalı müğənni Meraya Keri Qış Olimpiya Oyunlarının açılış mərasiminin musiqi qonağı olub. O, italyan dilində "Volare" kompozisiyasını, həmçinin "Nothing Is Impossible" adlı mahnısını ifa edib.
Yarış iştirakçılarının paradında 92 nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, oyunlar fevralın 22-dək davam edəcək.
Yarışlarda 90-dan çox ölkədən 2 800-dən artıq idmançı iştirak etməlidir.
Səkkiz idman növü üzrə 116 dəst mükafat uğrunda mübarizə aparılacaq.


