Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 14-cü görüşü keçirilib

103

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Cənubi Qafqazda vəziyyət yaxşılaşır və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi öz nəticəsini verir.

AZƏRTAC xəbər verir ki, Şoyqu bu açıqlamanı MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü görüşündə verib.

Şoyqu nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini qeyd edib. O, bu məsələ ilə bağlı artıq üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların əldə edildiyini xatırladıb.

“Eyni zamanda, bütün logistika layihələri iqtisadi cəhətdən əsaslandırılmalı və səmərəli olmalıdır”, -deyə Şoyqu qeyd edib.

MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü görüşü Moskvada keçirilir. Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edir. İştirakçılar MDB-də təhlükəsizlik çağırışları və təhdidləri, eləcə də mümkün birgə cavab tədbirlərini müzakirə edəcəklər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın