Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Ali Baş Komандanın Qələbə Yolu” layihəsi çərçivəsində hazırlanmış veb platformanın təqdimatı keçirilib

48

27 fevral tarixində Bakı şəhərində yerləşən Azərbaycan Turizm və Menecment Universiteti-ndə “Ali Baş Komandanın Qələbə Yolu” adlı layihə çərçivəsində hazırlanmış veb platformanın təqdimatı keçirilib.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondu-nun maliyyə dəstəyi ilə həyata keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri iştirak edib və layihə haqqında geniş məlumat verilib.
Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev-in 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi strateji liderlik və qətiyyətli siyasi iradəni müasir rəqəmsal formatda geniş ictimaiyyətə təqdim etməkdir.
Layihə çərçivəsində hazırlanmış veb platformada Ali Baş Komandanın qələbəyə aparan yolunu əks etdirən xronoloji zaman xətti, interaktiv xəritə, çıxışlardan seçilmiş sitatlar, video və audio arxiv materialları təqdim olunur. 

Layihənin əsas hədəf qrupunu gənclər — orta və ali məktəb şagirdləri, tələbələr, müəllimlər və vətənpərvərlik mövzularına maraq göstərən geniş ictimaiyyət təşkil edir. Hazırlanmış platforma tarixi hadisələrin daha müasir və interaktiv formada təqdim olunmasına xidmət edir.

Təqdimat zamanı layihənin məqsədləri, hazırlanmış veb platformanın funksiyaları və gənclər üçün əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib. İştirakçılar layihəni yüksək qiymətləndirərək belə təşəbbüslərin gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynadığını qeyd ediblər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın