DİQQƏT!!!Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək olacağı gözlənilir
107
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətini İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edib.
AZƏRTAC-a Agentlikdən bildirilib ki, xəbərdarlığa əsasən, Xəzər dənizinin akvatoriyasında bu gündən müşahidə olunmağa başlayacaq şimal-qərb və şimal küləkləri noyabrın 6-sı səhərədək davam edəcək.
Küləyin sürətinin 18-23 m/s çatacağı, arabir 25-28 m/s-dək güclənəcəyi, açıq dənizdə isə 30 m/s-dək artacağı gözlənilir.
Proqnozlara əsasən, dalğaların hündürlüyü 2-3 metrə çatacaq, gələcəkdə isə 3-5 metrədək arta bilər.


