Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Dünya səyyahları Xankəndi şəhərinə səfər ediblər

45

Dünyanın 30 ölkəsindən Qarabağa səfər edən səyyahlar iyulun 10-da Füzuli və Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Xankəndi şəhərinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Xankəndi azad edildikdən sonra görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Şuşa şəhərində olduğu kimi, Xankəndi şəhər poçtundan da İrlandiya və Kanadaya məktub göndərilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın