Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Hikmət Hacıyev Azərbaycan heyətinin Moskvada MDB formatında tədbirdə iştirak etməməsinin səbəblərini açıqlayıb

81

Azərbaycanın MDB-nin İqtisadi Şurasının iclasında iştirak etməməsi bir sıra obyektiv amillərlə bağlıdır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin iclasda iştirak etməməsinin mümkün səbəblərinə, xüsusilə, üzvlərin iş planlarında edilən düzəlişlər daxildir.

“Bu tədbir MDB çərçivəsində çoxtərəfli əməkdaşlığa aiddir və ikitərəfli Azərbaycan-Rusiya məsələləri ilə bağlı deyil,” – deyə o bildirib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın