ANAMA: Ötən ay 440 mina və 2807 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
53

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyun ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 333, tankəleyhinə 107 mina və 2807 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay 6618,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.