Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə iştirak ediblər

63

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ağ Evdə Çin liderinin dövlət səfəri çərçivəsində təşkil olunan hərbi mərasimdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Rose Garden”də keçirilən hərbi baxışı Donald Tramp və Si Cinpin birinci xanımlar Melaniya Tramp və Pen Liyuanla birlikdə izləyiblər.

Rəsmi qarşılanma mərasiminə ABŞ Silahlı Qüvvələrinin bütün qoşun növlərini təmsil edən 479 hərbçi cəlb olunub.

Mərasim “B-2 bombardmançı təyyarəsi və dörd F-22 qırıcısının Ağ Evin üzərindən uçuşu ilə başa çatıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın