Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən fəaliyyətə başlayıb

62

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən qapılarını açıb.

Oxu.Az-ın məlumatına görə, uzun müddət qəzalı vəziyyətdə olan və dəyərli tarixi mirasımızı yaşadan Qala Əntiq Əşyalar Muzeyi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həyata keçirdiyi bərpa işlərindən sonra yenidən ziyarətçilərin ixtiyarına verilib.

Qeyd edək ki, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan muzey, illər boyunca Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib.

Hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın